“Azərbaycandan gedirəm. Alın... başınıza çırpın" - Nahidə itə görə ölkədən getdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə məşhurlaşan müğənni Nahidə Babaşlının qəzada iti ölüb.
BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında bildirib:
"Canımdan çox sevdiyim Köpüyümü avtomobil qəzasında itirdim. Ömrü boyu sevgini daşıyacağam. Nə yazsam, nə desəm, kədərim azalmır. İlk dəfə gəzdirməsi üçün birinə verdim, onda da qucağımda can verdin. Köpük mənim hər şeyim idi”.
Nahidə deyib ki, hadisə Bakıda baş verdiyi üçün ölkədən gedir:
"Qəza Bakıda oldu, maşın vurdu və qaçdı. Hələ də hadisənin şokundayam. Bilet aldım, bir neçə saat sonra bu ölkədən gedirəm. Ümidim bir də qayıtmamaqdır. Alın mədəniyyətinizi də, mentalitetinizi də, sevginizi də, hörmətinizi də, başınıza çırpın”.
Qalereya
Oxşar xəbərlər
Ranar Musayev: "O aparıcılar söyülməkdən ləzzət alırlar" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı, rejissor Ranar Musayevdir. - Ranar Musayev özünü necə təqdim edərdi? - Mən özümü necə təqdim edə bilərəm ki... Rejissor Ra...