Azərbaycanda qarın hündürlüyü 43 sm-ə çatdı, temperatur mənfi 15 dərəcəyədək endi - VİDEO
09
fev
2020
10:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin pisləşib və qar yağmağa başlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb.
Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm, Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm, Şabranda 2 sm, Xaçmazın Nabran kəndində 1 sm, Qusarın Yasab kəndində 15 sm olub.
Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib.
Oxşar xəbərlər
Azərbaycanda qarın hündürlüyü 22 santimetrə çatdı - 18 dərəcə şaxta var - VİDEO
Şimal bölgəsində ən çox qar Xızının Altıağac qəsəbəsinə yağıb. Burada qarın hündürlüyü 22 santimetr, temperatur isə mənfi 6 dərəcə olub. BAKU.WS AZƏRTAC-a istin...