Aysel Teymurzadə SƏHNƏYƏ QAYIDIR? - FOTO

Aysel Teymurzadə SƏHNƏYƏ QAYIDIR? - FOTO
Şou-biznes 444

Avroviziya təmsilçilərimizdən olan Aysel Teymurzadənin yeni paylaşımı müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında yeni görüntüsünü paylaşaraq "Yeni bir şey gəlir" sözlərini yazıb.

Bu paylaşımdan sonra müğənninin izləyiciləri onu yeni mahnı təqdim edəcəyini bildiriblər. Onlar Ayselin yeni işinin tezliklə reallaşmasını arzu ediblər.

Fanatları ifaçıya "Səhnəmizi və efirləri səviyyəsiz müğənnilərdən xilas edin" sözlərini yazaraq onun ünvanına tərif yağdırıblar.

Xatırladaq ki, Aysel Teymurzadə ailə həyatı qurduqdan sonra sənətdən uzaqlaşıb. O, Xalq artisti Murad Adıgözəlzadə ilə evlidir.

Aysel Teymurzadə SƏHNƏYƏ QAYIDIR? - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər