Aysel Əlizadə: “Ailə qurmaq və övlad sahibi olmaq istəyirəm”

Aysel Əlizadə: “Ailə qurmaq və övlad sahibi olmaq istəyirəm”
Şou-biznes 344

“Əsas evlənmək yox, sonrakı əziyyətlərdir. Gəl evlənək fikri yox, sonrakı mərhələdir önəmli. Onu daşımaq lazımdır”.

BAKU.WS “unikal”a istinadən xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə verilişlərin birində deyib.

Müğənni ailə qurmaq və övlad sahibi olmaq istədiyini bildirib:

“Ailə qurub, övlad sahibi olmaq istəyirəm. İllərdir özümə bunu arzulayıram. Bir dəfə Elnurun (stilist Elnur Həsənov - red.) yanında dedim ki, bu il sizinlə qeyd edəcəyim sonuncu ad günümdür. Bitdi, ərə gedəcəyəm. Məqsədim var. O da qayıtdı ki, elə bizimlə keçirəcəksən. Yenə qaldım. Bu il isə fərqli hiss keçirirəm, olacaq”.

Son xəbərlər