"Ayrılsak da beraberiz" serialının aktyorları 27 il sonra BİR ARADA
Yeniliklərdən dərhal xəbərdar olun
"Ayrılsak da beraberiz" serialının baş rol ifaçıları Janset Paçal və Hakan Yılmaz illər sonra bir araya gəliblər.
BAKU.WS xəbər verir ki, məşhurlar bu dəfə də yeni ekran işi üçün görüşüblər.
Onlar "Xanım Şmidtin qonşuları haqqında"(Über die Nachbarn von Frau Schmidt) adlı filmdə çəkiləcəklər.
Çəkilişlər Almniyanın paytaxtı Berlində baş tutacaq. Ekran işinin rejissoru və ssenari müəllifi Bumin Musuldur.
Aktyor Hakan Yılmaz "Emrah" obrazına həyat verəcək. Aktrisalar Hasibe Eren və Janset isə onun bacısı rolunda olacaqlar. Layihədə Devin Özgür Çınar da çəkiləcək.
Xatırladaq ki, "Ayrılsak da beraberiz" serialı 1999-2004-cü illərdə yayımlanıb. Reytinqli layihənin rejissorları Sibel Kocataş və Raşit Çelikezer olublar. Sujet xəttində Teoman ilə Berna adlı iki gəncin sevgi dolu həyat hekayəsi əks olunub.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...