Aynur Dadaşovanın yeni imici bəyənilmədi - FOTO
Müğənni Aynur Dadaşova xarici görünüşündə dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, sənətçi uzun və tünd saçlarını açıq sarı rəngə boyatdıraraq qısa kəsdirib.
Dadaşova yeni fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O, şəklinə “Qadın təkbaşına da güclü olur” qısa şərhini əlavə edib.
Müğənninin uzun illərdən sonra xarici görünüşündə etdiyi dəyişiklik müzakirələrə səbəb olub. İstifadəçilərin bəziləri onun yeni saç düzümünü bəyənsə də, böyük əksəriyyəti bu saç rənginin Dadaşovaya yaraşmadığını bildirib.
Onlar "Yaraşmır", "Makiyaj super, amma saç düzümü yaraşmır", "Əvvəl qəşəng idi", "Belə dəyişikliyə ehtiyac yox idi" kimi sözlər yazaraq məşhurun yeni saç rəngini bəyənməyiblər.
Qeyd edək ki, bir müddət əvvəl sənətçi ailə həyatı qurduğuna görə sənətdən uzaqlaşsa da, daha sonra yenidən qayıdıb.
Oxşar xəbərlər
Səidə Sultan tanınmaz halda - FOTO
Tez-tez xarici görünüşündə dəyişiklik edən müğənni Səidə Sultan bu dəfə də ənənəsinə sadiq qalıb. BAKU.WS xəbər verir ki, sənətçi sarı uzun saçlarını ağ və göy...