Aynur Dadaşova: “Bacımın ayaqları soyuqdan göyərmişdi, fenlə isitdim” - Video
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Aynur Dadaşova bacısı Günel Dadaşovanın ölümündən danışıb.
BAKU.WS xəbər verir ki, “O üz” proqramına qonaq olan ifaçı göz yaşlarına hakim ola bilməyib:
“Bacım heç vaxt adyalla yatmazdı, ürəyi çox sıxılırdı. Divanda yatmışdı, mən də yanında əyləşmişdim. Qalın yorğana bürünmüşdü. Leylanı çağırıb soruşdum ki, "anan həmişə belə yatır?" Dedi ki, yox. Düşündüm ki, bəlkə, ona soyuqdur, üşüyür. Ayaqlarına baxanda gördüm ki, soyuqdan göyərib, buz kimi idi. Feni gətirib ayaqlarını isidəndə ayıldı ki, nə edirsən? Dedim, "bacı, ayaqların çox soyuqdur". Bəlkə də, Allah elə elədi ki, sübh vaxtı rəhmətə getsin. Səhər 5 radələrində azan vaxtı dünyasını dəyişdi”.
Qeyd edək ki, sənətçinin 38 yaşlı bacısı Günel uzun sürən xəstəlikdən sonra 2020-ci ilin oktyabrında vəfat edib. Mərhum iki ilə yaxın xərçəng xəstəliyindən əziyyət çəkib.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...