Aylara görə qadınların xarakterlərinin təyini

Aylara görə qadınların xarakterlərinin təyini
Şou-biznes 2781

Falların müxtəlif növləri mövcuddur. Bu dəfə sizə, qadınların xasiyyətlərinin doğulduqları ay və tarixə uygun olaraq nə cür təyin edildiyini təqdim edirik:

BAKU.WS doğulduqları aylar üzrə qadınların xüsusiyyətini təqdim edir:  

Yanvar 

Bu ay ən dözümlü, təmkinli qadınların doğulduğu aydır. Həm də belə qadınlar kişi kimi möhkəm xarakterə malikdirlər. Onlar problemlərinin öhdəsindən sərbəst, qürürlu bir şəkildə heç bir şikayət etmədən və kimləsə görüşmədən gəlməyə üstünlük verirlər. Yanvar ayının qadınları kulinariya sahəsində istedadlı olurlar, amma yır-yığışla məşğul olmağı sevmirlər. 

Fevral

Bu ayda doğulan qadınlar inadcıl, tərs və çətin xarakterə malik olurlar. Onlarda tez-tez sinir tutmaları olur, amma eyni zamanda da yüksək özünüidarəetmə qabiliyyətinə də malik olurlar. Onlar çətinlikdən qorxmur və tez qərar qəbul edir edirlər. Bununla belə çox vaxt doğru olmurlar. Tez küsəyən və intiqam alan olurlar. İnsanları yaxşı idarə edirlər və buna görə də onların karyerası uğurlu alınır. Uşaqları çox sevirlər.

Mart

Bu ayda ən hissiyyatlı qadınlar doğulurlar. Onlar çox həssas və tez yaralanan olurlar. Buna görə də, çox vaxt inadcıllıq nümayiş etdirirlər ki, bu da onların zərərinə  çevrilir. Çox xırdaçı olurlar və özlərini bədbəxt hiss edirlər. Bu qadınlara həqiqətən də çəkingənlikləri səbəbindən uğur əldə etməkdə çətinlik çəkirlər. Təbiət bu qadınları incəlik və cazibə ilə mükafatlandırıb. Buna görə də, onlar güclü kişiləri özlərinə cəlb edirlər. 

Aprel

Bu ayda doğulan qadınlar cəsurluğu, inadkarlığı və məqsədyönlülüyü ilə seçilirlər. Əlavə olaraq sağlam düşüncə və praktikliyi isə bura əlavə etmək olar. Bu qadınlar həmişə nə istədiklərini bilirlər. Məhz buna görə də, onlar gec olsa da düz yolla istədiklərinə nail olurlar. Amma dəyişkənliyi qətiyyən sevmirlər. Emosiya və hissləri həmişə ağıllarından geridə qalır. 

May

Güclü və tələbkar, güzəştə getməyən qərarlı qadınlardırılar. İncikliyi bağışlamırlar. Buna görə də, sonradan peşman olsalar da asanlıqla həyat yoldaşlarından boşana bilirlər. Bu qadınlar lider xarakterə malik inadkar olurlar. Buna görə də, onlar üçün ideal həyat yoldaşı tapmaq çətin olur. Bu qadınlar üçün vacib olan maddi durumdur. 

İyun

Yayın ilk ayında doğulan qadınların xasiyyətlərində olan əsas amil ehtiyyatlılıqdır. Belə insanlar daha çox tez küsəyən xırdaçı, olmaları ilə yanaşı o qədər ürəyiyumşaqdırlar ki, heç vaxt intiqam almırlar. Konfliktləri xoşlamırlar və onlardan qaçmaq uçun yaxşı intuisiyaya malikdirlər. Öz əhval-ruhiyyələrinə uyğun oaraq hərəkət edirlər. 

İyul

Bu ayda ən təvazökar və utancaq qadınlar dünyaya gəlirlər. Onlar tez-tez nədənsə narahat olurlar və daimi olaraq öz-özlərini analiz etməklə məşğul olurlar. Onların bütün həyatlarını əhval-ruhiyyələri idarə edir. Təvazökar və romantik olurlar, çox dərin hisslər yaşayırlar. Amma bunu heç vaxt büruzə vermirlər. Bu qadınlar üçün ev və ailə həyatlarında ən başlıca amaldır.

Avqust

Bu ayda anadan olan qadınlar ən qürurlu və azad qadınlardır. Onlar həmçinin də mehriban və alicənab olurlar, amma təbiətcə liderliyə üstünlük verirlər. Diqqət mərkəzində olmağı sevirlər, amma azadlıqlarından da vaz keçmirlər. Baxmayaraq ki, kişiləri özlərinə cəlb edirlər, amma ailə münasibətlərinə böyük önəm verirlər. Çox vicdanlı və layiqli insanlardırlar. Buna görə də tez-tez aldadılırlar.

Sentyabr

Bu ayın çılğın və emosional qadınları məqsəqyönlülükləri və ehtiyyatlılığı ilə seçilirlər. Həddən artıq özlərinə vurğun və simicdirlər, buna görə borclarından çətinliklə yaxa qurtarırlar. Ünsiyyətdə olmağı sevirlər, amma həmişə öz şəxsi mənafelərini güdürlər. Çox qısqanç və azaddırlar, təmizkardırlar. Yaxşı yemək bişirirlər.

Oktyabr

Ünsiyyətdə çox məsuliyyətli, ağıllı, və hazırcavab qadınlardırlar. Praktiki olaraq, fədakar və dostları ilə çox fədakardırlar. Çox ehtiyyatla fikirləşərək qərar verirlər. Yaxşı yaddaşa malikdirlər. Bu qadınlar cox prinsipial olurlar, satqınlığı bağışlamırlar. Buna baxmayaraq həmişə ailələrini qorumağa calışırlar. Çox ailəcanlıdırlar.

Noyabr

Çox hesabcıl, özlərini sevən və eqoist olurlar. Bu qadınların həyat yoldaşları onların fikirlərinin hesaba alınmayacağı fikri ilə barışmalıdırlar. Qənaətcil və yığımcıldırlar. Sevgidə çox ehtiraslı, seksual və temperamentlidirlər. Çox dərindən  və möhkəm sevirlər.

Dekabr

Çılğın, emosional xarakterə malik olurlar. İnadcıl və qorxusuzdurlar, azad və düzgün insanlardır. Onlar istənilən maneəni dəf edərək hər işdə uğur əldə edirlər. Çox ünsiyyətcil, romantik, idealistdirlər. Yaxşı rəfiqə olurlar. Çılğın olduqları üçün ailə həyatında bir sıra çətinliklərlə üzləşirlər. 

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Bürclərə görə evləniləcək ən yaxşı 3 qadın

Bürclərə görə evləniləcək ən yaxşı 3 qadın

Evlilik təklifi edəcək kişi seçiminin nə qədər uğurlu olacağını bilmək istəyirsə, mütləq sevdiyi qadının bürcü ilə maraqlanmalıdır. Çünki bəzən bürclər insan ha...

8304 Şou-biznes 09:22 17 noyabr 2016

Son xəbərlər