Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO
Şou-biznes 8

Son zamanlar toy qiymətləri ilə gündəmdən düşməyən məşhurların bu dəfə hər ay nə qədər məclisdə iştirak etdiyini araşdırdıq. Şou-biznesin bir çox məşhurları arasında apardığımız sorğu zamanı ayın 20 gününü toyda keçirdiyini deyən məşhurlar da oldu, “Toy yoxdur, toylara gedə bilmirəm” deyib fəryad edənlər də, nə qədər toya getdiyini açıqlamaqdan imtina edənlər də...

BAKU.WS məşhurlar arasında aparılan həmin sorğunu oxuculara təqdim edir:

Xalq artisti Röya Ayxan elit məclislərin ən tələbatlı müğənnilərindəndir. Estradamızın sevilən müğənnisini öz xoş günündə görmək istəyənlər kifayət qədərdir. Sənətçi dəvət edildiyi toylarda geyindiyi bahalı və xüsusi libasları ilə xeyli müzakirələr yaradır.

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO

Son zamanlar geyimləri ilə müzakirələrə səbəb olan Xalq artisti Tünzalə Ağayeva ayın 20 günü toya dəvət olunur. Bu barədə sənətçinin prodüseri Yalçın Cabbarov BAKU.WS-ə açıqlamasında bildirib.

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO

Əməkdar artist Elton Hüseynəliyev əsasən toyları bütöv formada idarə edir. BAKU.WS-in məlumatına görə canlı ifaları ilə məclis əhlini feyziyab edən sənətçi ayda 10-15 toyda iştirak edir.

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO

Müğənni Vəfa Şərifova da hər ay 10-15 toya dəvət edilir. Bu barədə sənətçinin meneceri BAKU.WS-ə açıqlamasında deyib.

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO

Müğənni Nüşabə Musayeva saytımıza açıqlamasında hər ay 8-10 toya dəvət olunduğunu bildirib. Bundan əlavə sənətçi hər ay 6-7 qazi toyunda da iştirak edir. İfaçı bu toylara tam təmənnasız qatılır.

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO

Müğənni Elçin Hüseynov dəvət edildiyi toyları bütöv formada idarə edir. Bu səbəbdən hər ay 8-9 məclisdə iştirak edir. Bu barədə sənətçinin meneceri BAKU.WS-ə açıqlamasında bidirib.

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO

Müğənni Mənzurə Musayevanın dəvət olunduğu toy sayı hər ay dəyişir. İfaçının prodüseri BAKU.WS-ə açıqlamasında bildirib ki, sənətçi elə ay olur 1, elə ay da olur ki 3-5 toyda iştirak edir.

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO

Müğənni Manaf Ağayev saytımıza açıqlamasında bildirib ki, hər ay dəvət olunduğu toy sayı dəyişir. Ümumilikdə isə ayda 2-3 toyda iştirak edir. Onu da bildirək ki, ötən il ifaçı qazilərimizdən birinin toyunda tam təmənnasız iştirak edib.

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO

Sorğu ilə bağlı müğənni Üzeyir Mehdizadə ilə də əlaqə saxladıq. Sənətçinin meneceri BAKU.WS-ə açıqlamasında xarici ölkələrdəki konsertlərin çoxluğundan Mehdizadənin toylara getməyə vaxtı olmadığını bildirib.

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən Əməkdar artist Vasif Məhərrəmli toyların olmadığını bildirib. İfaçı sorğuya “Toy yoxdur, toylara gedə bilmirəm” sözləri ilə reaksiya verib.

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO

Apardığımız sorğu zamanı, müğənni Zeynəb Həsəninin toylara getmədiyi bildirilib. Bu barədə ifaçının meneceri saytımıza açıqlamasında deyib.

Ayın 20 günü toyda olanlar - Müğənnilərimiz neçə toya gedir? - SORĞU/FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər