Müğənnilərimizin "22.12.2022" tarixinə toy sifarişləri artıb - FOTO - SİYAHI

Müğənnilərimizin 22.12.2022 tarixinə toy sifarişləri artıb - FOTO - SİYAHI
Şou-biznes 357

22.12.2022... Bu gün bəzi insanların təqvimində hər zaman xatırlayacağı xüsusi gün kimi qalacaq. Adətən toy, nişan edən cütlüklər əlamətdar günlərinin yaddaqalan tarixdə baş tutmasını istəyir. Bu məqsədlə də onlar özəl günləri üçün təqvimdə cüt rəqəmlərlə olan tarixə üstünlük verirlər. 22.12.2022 tarixi də el arasında "zerkalnı" adlandırılan günlərdən biridir. Bu günlə bağlı şou nümayəndələri arasında sorğu apardıq. Onlardan bu günə özəl toy saylarının çox olub-olmadığını soruşduq.

BAKU.WS saytı olaraq həmin sorğunu oxuculara təqdim edirik:

Xalq artisti Tünzalə Ağayevanın prodüseri Yalçın bəy BAKU.WS-ə açıqlamasında bu gün digər günlərlə müqayisədə toy sayının artmadığını - eyni olduğunu bildirib:

“Toy sayında bir fərqlilik yoxdur. Eyni dinamika ilə davam edir. Hətta indi toylara nisbətən Yeni illə bağlı tədbirlər daha çoxdur”.

Müğənnilərimizin

Əməkdar artist Elton Hüseynəliyevin prodüseri və həyat yoldaşı Tamilla Hüseynəliyeva BAKU.WS-ə açıqlamasında sənətçinin bu gün toy sifarişi qəbul etmədiyini bildirib:

“Bu gün Elton toy qəbul etməyib. 24-nə toy var. Məsələn, elə olub, 31-i toy olub. Bir müğənninin gün ərzində maksimum 4 toyu ola bilər. Çünki müğənni toyda səhnəyə saat 20-00-da çıxır. Bu da ki gün ərzində ən çox 4, ən az isə 3 toy edir. Elton yarım saatlıq toylara çox vaxt getməyə razı olmur. O, adətən toyu əvvəldən sona qədər idarə edir”.

Müğənnilərimizin

Sorğu ilə bağlı Əməkdar artist Cavanşir Məmmədovla da əlaqə saxladıq. Sənətçi “Xanım yuxudan yeni oyanmışam, sonra bu barədə danışaram” deyərək əməkdaşımızın zənginə adboy verib.

Müğənnilərimizin
Mövzu ilə bağlı saytımıza danışan Əməkdar artist Firuzə İbadova isə ümumiyyətlə toylarının olmadığını, sadəcə Zəfər Bayramı münasibətilə təşkil edilən konsertlərdə iştirak etdiyini vurğulayıb. Sənətçi hazırda solo konsertinə hazırlaşdığını qeyd edib.

Müğənnilərimizin

Müğənni Zenfira İbrahimovanın prodüseri Aynur xanım BAKU.WS-ə açıqlamasında toy sayının adi günlərdəki kimi olduğu deyib.

Müğənnilərimizin

Müğənni Nazənin Salayevanın prodüseri Pərviz bəy isə BAKU.WS-ə açıqlamasında sənətçinin toy sayının bu gün daha çox olduğunu bildirib:

“Ümumiyyətlə, Nazənin xanım 2 rəqəmini çox sevir. Hətta avtomobilinin də nömrə nişanında 222 var. Əvvəlki günlərə nəzər salsaq, bu gün toy sifarişlərimiz daha çoxdur”.

Müğənnilərimizin

Müğənni Üzeyir Mehdizadənin prodüseri İlqar bəy saytımıza açıqlamasında bu gün ötən günlərdən daha çox toy sifarişi qəbul etdiyini bildirib.

Müğənnilərimizin

Müğənni Talıb Tale bu gün digər günlər kimi eyni sayda toy sifarişi aldığını deyib.

Müğənnilərimizin

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər