Aygün Kazımova prezidentin hədiyyə etdiyi evi satıb (VİDEO)
Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişində maraqlı etiraflar edib.
BAKU.WS məlumat verir ki, müğənni dünyaca məşhur reper Snup Doqqla layihəsində Türkiyədə tanınan firmanın onu aldatdığını deyib:
"Snup Doqqla layihəyə görə əvvəl mənə söylədilər ki, bu layihənin qiyməti 280 min dollardır. Dedilər ki, beş aşağı, beş yuxarı, uzağı 300 min dolları keçməyəcək. Sən demə, bu Snup Doqq tərəfin yox, türklərin variantı idi. Məni görəndə elə bilirlər, neft fantan vurur, imkanlıyam. Düşündüm ki, pərəstişkarlarım sevinər, sənətimdə yenilik olar. Fikirləşdim ki, iki maşınım var, onu satım. Məni rahat dünyamdan çıxartdılar, saldılar narahat aləmə. Fikrim ancaq pul tapmaq idi. Müraciət etdim bir banka. Evimi banka qoyub, 250 min manat götürdüm. Elə sevinirdim. Əhməd Çələgə, "Doqquz-səkkiz" şirkətinə çox güvənirdim. Onlar bilirdilər ki, mən sənətə görə canımı da verərəm. Nəhayət tapdım pulu, zəng etdim ki, pulu tapmışam, göndərirəm. Pulu Amerikaya göndərdim. Amma bu pul bəs eləmədi. Layihəyə dediklərindən çox pul xərcləndi. Yenə də pul tapmaq məcburiyyətində qaldım. Hollivudda olanda layihəni dayandırmaq istədim. Sonra fikirləşdim ki, onsuz itirəcəyim qədər pul itirmişəm. Çıxıb desəm ki, mən layihədən geri çəkildim, inanmayacaqlar. Sevənlərim inansa da, o bəziləri var onlar inanmayacaqdılar, ələ salacaqdılar".
Xalq artisti bu layihəyə görə prezidentin ona hədiyyə etdiyi evi itirdiyini bildirib:
"Mənim bir evim də vardı. Onu mənə, sənətimə qiymət verib ölkə rəhbərliyi hədiyyə etmişdi. O qədər sevinmişdim ki. Fikirləşirdim ki, bu evi bəzəyəcəm, ora köçəcəm. Mənim evimə qonaqlar gələndə biləcəklər bu ev o evdir. Mən o evi də satmalı oldum. Mənə vaxt qoymuşdular, satmalı idim. Layihədən istəmişdilər. Apardım onun da pullarını onlara verdim. Bir sözlə düşdüm tələyə. Bitirdim layihəni. Bu günə qədər nə qazanmışdımsa, nə əldə etmişdimsə sənətim sayəsində o layihədə itirdim".
Kazımova bildirib ki, hazırda yaşadığı evin də bankda girovdadır:
"Hazırda yaşadığım ev də o layihənin qurbanıdır. Bankın borcunu tam ödəyib qurtara bilməmişəm. Toparlanıb tam ödəyib bitirəcəm. Mən üç ildir klip çəkdirmirəm. Üç ildir ki, heç bir layihə hazırlamıram. Bilirsiniz, hər dəfə cəhd etmək istəyəndə geri çəkilməli oluram. Əlimə pul gələndə, düşünürəm ki, bunu nəyə xərcləyim? Banka borcumu verim, klip çəkdirim, yoxsa mahnı alım? Necə edim axı? Mənim yaşamağımda var axı. Mən yaşamalıyam, böyük qızımı dolandırmalıyam. Ən çox pis olduğum odur ki, o evi itirdim. Onu banka qoymuş olsaydım çalışıb geri qaytara bilərdim. Onu satmalı oldum. Çox peşmanam ki, o evi o layihəyə qurban verdim. Şükürlər olsun ki, canım sağlamdır. Yenə işləyəcəm, qazanacam".
BAKU.WS
Oxşar xəbərlər
Aygün Kazımova:"Qızıma və mənə şər atırlar"
Xalq artisti Aygün Kazımova son zamanlar mətbuatda adından yayılan xəbərlərə münasibəti bildirib. BAKU.WS məlumat verir ki, 106.3 FM-də danışan müğənni mətbua...