Aygün Kazımovanın “Maşallah”ı 1 milyonu ötdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Aygün Kazımovanın türkiyəli müğənni-bəstəkar Genco Ecerlə oxuduğu “Maşallah” mahnısı yutubda 1 milyondan çox izlənilib.
BAKU.WS xəbər verir ki, yayımlandığı gündən böyük marağa səbəb olan mahnı sosial şəbəkələrdə də viral olub.
Mahnıya TikTokda həm Azərbaycan, həm də Türkiyə seqmentində minlərlə video çəkilib.
Bir çox məşhur türk bloger mahnı ilə bağlı paylaşım edib. “Maşallah” Azərbaycanla yanaşı Türkiyədə də radio və telekenallarda yayımlanır.
Pop kraliça klipin kadrarxası məqamlarını paylaşaraq “Maşallah”… 1 milyon sevgi” qısa şərhini yazıb.
Qeyd edək ki, “Maşallah”ın rejissoru Selim Akardır.
Oxşar xəbərlər
Aygün Kazımova “Taxt oyunları”nın aktyoru ilə - FOTO/VİDEO
Xalq artisti Aygün Kazımova “Maşallah” klipinin çəkilişləri zamanı sürpriz yaşayıb. BAKU.WS xəbər verir ki, dünyaca məşhur “Taxt oyunları” serialından tanınan...