Aygün Kazımova “Taxt oyunları”nın aktyoru ilə - FOTO/VİDEO

Xalq artisti Aygün Kazımova “Maşallah” klipinin çəkilişləri zamanı sürpriz yaşayıb.
BAKU.WS xəbər verir ki, dünyaca məşhur “Taxt oyunları” serialından tanınan aktyor Tamer Hassan çəkiliş məkanına gəlib. O, Pop kraliçanın duet ortağı Genco Ecerin əmisi olduğunu deyib.

Kazımova çəkiliş məkanında Hollivud ulduzu ilə olan görüntüləri instaqram hesabında yayımlayaraq “Genco Ecerlə bərabər “Maşallah” klipimizin çəkilişində bizə sürpriz edib, setə təşrif buyuran Tamer Hassana təşəkkürlər. Gəlişi ilə bizə xüsusi bir enerji ötürdü. Çəkiliş prosesimiz çox gözəl keçdi. Mənim ulduz rejissorum Selim Akar isə bu anları heç gözdən qaçırarmı?” sözlərini yazıb.
Qeyd edək ki, “Maşallah” mahnısını Genco Aygün Kazımova üçün yazıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
