Aygün Kazımovadan BİR İLK: Albomunda şou-biznes nümayəndələrinin mahnıları yer alacaq

Aygün Kazımovadan BİR İLK: Albomunda şou-biznes nümayəndələrinin mahnıları yer alacaq
Foto
Şou-biznes 124

Xalq artisti Aygün Kazımova estrada aləmində daha bir yeniliyə imza atıb. Pop kraliça yeni albom hazırlayır. Fərqlilik isə ondan ibarətdir ki, albomda Kazımova yox, şou-biznesin məşhur simaları yer alacaqlar. Onlar müğənninin mahnılarını səsləndirəcəklər.

Bununla bağlı müğənni İradə İbrahimova BAKU.WS-ə açıqlama verib.

Sənətçi layihədə yer almasından danışsa da, mahnının adını sirr saxlayıb:

"Daha əvvəl də Aygün Kazımovanın repertuarından mahnı oxumuşam. Elə indiki ifam da həmin mahnıdan yola çıxıldı. Əslində mən başqa mahnı oxumaq istədim, həmin ifanın yenidən olmasını istəmədim və onlar da razılaşdılar. Mənə siyahı atıldı və ən çox bəyəndiyimi seçdim. Xoşbəxtəm ki, bu layihənin içərisində yer aldım.

Amma etiraf edim ki, Aygün Kazımovanın mahnısını oxumaq asan deyil. Ümid edirəm ki, Aygün xanım qədər olmasa da, mahnını sevdirə biləcəyəm. Mahnıya Aygün şirinliyi vermək çətindir. Onun özünəməxsus səs tonu, oxuma tərzi var. Bunu isə etmək olmur. Kənardan asan görünə bilər, amma çox çətindir".

İ.İbrahimova albomla bağlı daha bir etiraf da edib:

"Aygün Kazımovanın çox çətin dəsti xətti var. Onun mahnıda qəribə jestləri, manevrləri olur. Onları necə yaratmaq və nə ilə əvəz etmək düşündürücüdür. Mən də çalışdım o topa girməyim, İradə kimi oxudum. Mən Vaqif Gərayzadənin "Rəhm eylə" mahnısını da oxumaq istədim. Amma gördüm ki, çox çətindir. Bu daşın altına girmək istəmədim və kənara çəkildim. Albomda çox sayda həmkarım yer alacaq. Hələ heç birinin ifasını eşitməmişəm".

Son xəbərlər