Aygün Kazımova ölkə trendində 1-ci oldu - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Aygün Kazımovanın bir neçə gün əvvəl işıq üzü görən "S.O.S" klipi izlənmə rekordu qırıb.
BAKU.WS xəbər verir ki, ekran işi 3 gün içində yutubda yarım milyondan çox izlənmə sayı toplayıb. Eyni zamanda yutub platformasında ölkə üzrə trenddə birinci sıraya yüksəlib.
"S.O.S" eyni zamanda "Apple music"də də yüklənmə sayına görə ölkə üzrə 1 birinci olub. Mahnı TikTok-da da trendə düşüb, bəstəyə minlərlə video çəkilib.
Qeyd edək ki, sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana aid olan bəstənin ekran həlli məşhur türkiyəli rejissor Selim Akara həvalə edilib. Pop kraliça ekran işində “Vogue” rəqs tərzinə müraciət edən ilk azərbaycanlı ulduzdur.
Qalereya
Oxşar xəbərlər
Xalq artisti "Vogue Kraliçası" oldu - FOTO/VİDEO
Xalq artisti Aygün Kazımova uzun müddətdir anons etdiyi “S.O.S” adlı yeni layihəsini sevənlərinin ixtiyarına verib. BAKU.WS xəbər verir ki, Pop kraliça bu də...