Aybəniz Haşımova aparıcılıq edəcək
Əməkdar artist Aybəniz Haşımova yenidən aparıcılıq fəaliyyətinə başlayacaq.
BAKU.WS xəbər verir ki, bu haqda sənətçi şəxsi “Instagram” hesabında bildirib. Haşımova yeni layihəsini gənc ifaçı Nicat Mənsimovla birlikdə reallaşdıracaq:
“Verilişim maarifləndirici, musiqili və əyləncəli tərtibatda olacaq. Çalışacağıq ki, insanların maraq dairəsinə uyğun olsun. Onlar bu layihədən zövq alsınlar. Proqram zamanı aşpazlıq məharətimi də göstərəcəm.
Verilişin adı “Aybəniz nicat tapar” olacaq. Musiqili və əyləncəli proqram “Youtube”da yayımlanacaq”.
Qeyd edək ki, Haşımova sonuncu dəfə bir neçə il əvvəl “Xəzər” kanalında yayımlanan “Zərif saatlar” proqramının aparıcısı olub.
Oxşar xəbərlər
Azərbaycanın məşhur qohumları - FOTO
Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir. BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir...