Ayaz Salayev: “Soso Pavliaşvilinin konsertinə getməzdim”

Ayaz Salayev: “Soso Pavliaşvilinin konsertinə getməzdim”
Şou-biznes 1762

"Ramiz Fətəliyevin məktubu kifayət qədər korrektə olunmuşdur. Amma Soso Pavliaşvilinin cavabı olduqca kobuddur. Heç kimin ixtiyarı yoxdur ki, kinomuzun ağsaqqalı haqqında, nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda artıq-əskik ifadələr işlətsin”.

Bu sözləri BAKU.WS-ə Soso Pavliaşvilinin Bakıda- noyabrın 30-da Heydər Əliyev Sarayında keçiriləcək konserti ətrafında yaranan qalmaqala münasibət bildirərkən, tanınmış azərbaycanlı kino tənqidçisi, kinorejissor, ssenarist, əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib.

O, ötən gün xalq artisti Ramiz Fətəliyevin sosial şəbəkədə Soso Pavliaşviliyə ünvanladığı məktubuna və müğənninin də ona verdiyi kobud cavabına sərt münasibətini bildirib:

"Azərbaycanın razılığı, istəyi olmadan Qarabağa gedənləri burada gülərüzlə qarşılamayacaqlar. Onları Azərbaycana buraxıb-buraxmamaq mənim işim deyil, amma şəxsən evimin qapıları onların üzünə bağlıdır. Soso Pavliaşvili deyir ki, Ramiz Fətəliyevi tanımır. Bu Ramiz Fətəliyevin deyil, Soso Pavliaşvilinin problemidir. Ramiz Fətəliyev hətta Azərbaycanın hüdudlarından kənarda da tanınır. Hətta onun ssenarisi əsasında Nikita Mixalkovun filmi də çəkilib. Şəxsən mən Soso Pavliaşvilinin konsertinə getməzdim”.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Aysel.Ş

BAKU.WS

Son xəbərlər