Ayaz Qasımov: “Deyirdilər, səndən oxuyan olmayacaq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Müəllimlərim mənə deyirdilər ki, səndən oxuyan olmayacaq. Amma mən özümdə güc tapdım. Yaxşı ki, mənə pislik edən insanlar oldu. Onların ayağıma sərdikləri daşlardan özümçün pilləkən düzəldib bugünkü Ayaz oldum”.
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Ayaz Qasımov “Mtv” kanalında yayımlanan “Üzə-düz” proqramına qonaq olarkən deyib.
Veriliş zamanı uşaqlıq illərindən də danışan ifaçı bu sənətdə davamçısının olmağını istəmədiyini deyib:
“Digərlərindən fərqli olaraq mənim standart uşaqlıq illərim olmayıb, amma heç vaxt da heç nəyin artığını arzulamadım.
Gözlənilmədən o həyatı yaşamağa məcbur olduq, uşaqlıq illərim bir anda yoxa çıxdı. Bu gün arzuladığımdan da üstün bir yerdəyəm, çox şükür olsun.
Amma bu sənət o qədər çətindir ki, övladlarımın davamçım olmasını heç istəmərəm! Bəlkə də, karate üzrə yaxşı idmançı ola bilərdim. Amma atam dedi ki, ikisindən birini seçim, mən də musiqini seçdim”.
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...