“Avroviziya-2021”in qalibi məlum oldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.
BAKU.WS xəbər verir ki, İtaliya müsabiqədə birinci yerə çıxıb. Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında 21-ci sırada çıxış edib.
Ən çox – 524 xal toplayan İtaliya “Avroviziya-2021”in qalibi olub.
İkinci yeri Fransa təmsilçisi tutub – 499 xal.
İlk üçlüyü isə 432 xalla İsveçrə qapayıb.
Azərbaycan təmsilçisi Samirə Əfəndi isə 65 xal toplayaraq 20-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Samirənin “Avroviziya”dakı çıxışı 13-cü yerə layiq görüldü - VİDEO
“Avroviziya” beynəlxalq mahnı müsabiqəsi fərqli formada baş tutub. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, müsabiqənin ilk yarımfinalında Rotterdamda çıxış...