ATV-nin efirində biabırçılıq: adam oğurluğu təbliğ olunur (VİDEO)

ATV telekanalında yayımlanan "Zarafat-zarafat” verilişində xoşagəlməz hal baş verib.
BAKU.WS xəbər verir ki, müğənni Xatun Əliyevanın təqdimatında efirə gedən verilişdə qız qaçırmaqdan söhbət açılıb. Proqramın qonaqları isə əməkdar artist Almaz Ələsgərli və aktyor Elməddin Cəfərov olub.
Görünür, Xatun bilmir ki, qız qaçırmaq insan oğurluğu, cinayət hadisəsi sayılır və bu işi həyata keçirənləri həbs gözləyir. Belə bir məsələnin efirdə mövzu kimi qoyulması nə dərəcədə doğrudur?
Sözügedən verilişdən bir hissəni oxuculara təqdim etməzdən öncə qeyd edək ki, Cinayət Məcələsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir. 144.2-ci maddədə göstərilir ki, olay tamah məqsədilə törədiləcəyi təqdirdə nəzərdə tutulan cəza 8 ildən 12 ilədəkdir. 144.3-cü maddəyə görə, olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur.
Görünür, Xatun Əliyeva bütün bunlardan xəbərsizdir. Hər halda xəbərdar olsaydı, belə bir məsələni hətta zarafata belə, verilişə mövzu etməzdi.
Aysel.Ş
BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanlı müğənni həbs edildi - 35 kq narkotiklə
Azərbaycanlı müğənni Nazir Həbibov yaşadığı Türkmənistanda saxlanılıb. BAKU.WS ATV-yə istinadən xəbər verir ki, o, narkotik vasitə qəbul etməkdə və satışında i...