Atiye Lady Qaqaya qarşı məhkəmə iddiası qaldırır: "Mahnıların adı belə eynidir"

Atiye Lady Qaqaya qarşı məhkəmə iddiası qaldırır: Mahnıların adı belə eynidir
Şou-biznes 104

Türkiyəli məşhur müğənni Atiye dünyaca tanınmış ulduz Lady Qaqanı plagiat iddiası ilə məhkəməyə verməyə hazırlaşır.

BAKU.WS xəbər verir ki, bu barədə haber global məlumat yayıb.

Keçən il üçüncü dəfə ana olma sevincini yaşayan Atiye və onun həyat yoldaşı, musiqi prodüseri Erol Sebebci dünən gecə qatıldıqları bir filmin qalasında jurnalistlərin suallarını cavablandırıblar.

Erol Sebebci "Magazin Burada"ya verdiyi açıqlamada məsələdən ilk dəfə pərəstişkarları vasitəsilə xəbərdar olduqlarını bildirib:

"Biz əvvəlcə bunu eşitməmişdik. Bənzərliyi bizə fanatlar xəbər verdi. Hər iki mahnının adı "Abracadabra"dır, amma sadəcə ad yox, musiqidə də oxşarlıq var... Mən bu məsələyə qarışmaq istəmirəm, amma işlə hüquqşünaslar və mütəxəssislər məşğul olur. Siz nə qədər bilirsinizsə, biz də o qədər bilirik. Mənim təxminimcə, əvvəlcə qarşı tərəflə uzlaşmağa çalışacaqlar."

"Ya Habibi", "Kal" və "Soyğun Var" kimi mahnıları ilə tanınan Atiye də məsələyə qısa münasibət bildirərək, "Bizim komandamız bu məsələ ilə məşğuldur" deyib.

Son xəbərlər