Atdan yıxılan Cəlal Qurbanov danışdı: "Məni itlər dişləməyib!" - FOTO

Atdan yıxılan Cəlal Qurbanov danışdı: Məni itlər dişləməyib! - FOTO
Foto
Şou-biznes 373

İki gün gün əvvəl Novxanıda atdan yıxılaraq xəsarət alan nəğməkar-şair Cəlal Qurbanov səhhəti ilə bağlı açıqlama verib.

Bu haqda BAKU.WS-ə danışan şair hazırda palataya köçürüldüyünü bildirib. Gömrük Hospitalında müalicə alan Qurbanov reanimasiyada olan zaman yaddaşını itirdiyini deyib:

"İndi həkimlərin cavabını gözləyirəm. Əvvəlki günlərə baxanda bu gün bir az daha yaxşıyam. Reanimasiyada olanda vəziyyətim çox pis idi. Hətta yaddaşımı da itirmişdim. Bəlkə, sınaqlar ətrafını daha yaxşı tanımaq, etdiklərinin hesabatını görmək üçündür. Onlar sayəsində illərimin hesabatını 1 gündə verdim. Xəbəri alar-almaz Gömrük Hospitalına tələsənlər, içəri buraxılmayacağını bilə-bilə istidə məndən xəbər gözləyənlər, bir ailə olduğumuz şəhid yaxınları! Onlar mənə sevginin, diqqətin də bumeranq olaraq qayıtdığını sübut etdi. İndi tez ayağa qalxıb özümə missiya seçdiyim yolumu davam etdirmək arzusundayam. Bu arzum isə Gömrük Hospitalının dəyərli kollektivinin, həkimlərinin, tibb bacılarının şəfalı əllərində həyata keçəcək".

Cəlal Qurbanov yerli mətbuatda onu itlərin dişləməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. Şair sadəcə çapdığı atın ayağının büdrəyək yıxıldığını, itlərin isə onun müşayiət etdiyini bildirib:

"Bir yolun çətinlikləri yoxdursa, o yol səni heç hara apara bilməz. Mənim çaparlıq həvəsim də buna bənzəyir. Çətinlikləri, qəzaları olan bir sevgidir. Amma bu bağlılığın geri dönüşü yoxdur. Heyvanlar insanın ən etibarlı dostudur. Büdrəsəm də, yıxılsam da, dura bilməsəm də mən də onlara həmişə dost olacağam. Bu, Qarabağın havasına, suyuna öyrəşmiş, adına "Xallı" dediyim həmin atdır. Mənim kimi yerində dayana bilmir, macəra sevir. Ayağı qum boşluğuna düşüb yıxılan atımızın vəziyyəti yaxşıdır, itlər də bizə heç bir zaman təhlükə yaratmayıb. Məni nə it, nə də at dişləməyib! Haqqımda yalan məlumatlar yayılıb. Onlar sadəcə bizim yaratdığımız həyəcana qoşulub bələdçilik etmək istəyiblər".

Qeyd edək ki, ötən gün mətbuatda nəğməkar-şair Cəlal Qurbanovun atdan yıxılması ilə bağlı xəbərlər yayılıb. Həmin anın görüntüləri bir çox sosial platformalarda paylaşılaraq müzakirələrə səbəb olub.

Son xəbərlər