Atasının vəfatından danışan Renka göz yaşlarına boğuldu - VİDEO

Atasının vəfatından danışan Renka göz yaşlarına boğuldu - VİDEO
Video
Şou-biznes 308

Rəqqasə Renka (Rəna Ağamuradova) bir müddət əvvəl dünyasını dəyişən atasından danışıb.

BAKU.WS xəbər verir ki, “Özümüz danışaq” verilişinə qonaq olan rəqqasə atasının vəfatının onun üçün ağır itki olduğunu bildirib.

Bu haqda danışan Renka göz yaşlarını saxlaya bilməyib. O, atasının son nəfəsində ondan ərik istədiyini bildirib:

“Atam vəfat etdikdən sonra artıq mən tək qaldım. Bu hissləri yalnız mənim kimi yaxınını itirənlər bilər. Yaşayırsan, deyib-gülürsən... Amma o ağrı hər zaman səninlədir. Dünən instaqramımda keçmiş görüntülərimə, şəkillərimə baxırdım.

Orada videolardan birində atamın səsini eşitdim. 1 saat ağladım. Amma onun yoxluğuna yavaş-yavaş alışmalıyam. Mən özümü hələ də bağışlaya bilmirəm. Vəfat etməzdən əvvəlki gün məndən ərik istədi. Mən onu alıb apara bilmədim”.

Qeyd edək ki, Renkanın atası Vidadi ötən ilin iyulunda vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər