"Arka sokaklar"ın ulduzu: "Kral geri döndü"
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin ən reytinqli seriallardan biri olan "Arka sokaklar"ın ulduzu geri döndü.
BAKU.WS-in məlumatına görə, ötən gün serialda Hüsnü Çoban adlı polis komissarını canlandıran aktyor Özgür Ozanın koronavirusa yoluxaraq ölməsi barədə xəbərlər yayılmışdı.
Aktyorun iddialara cavabı gecikməyib. O, sosial şəbəkə hesabından yeni foto paylaşaraq "mənim üçün öldü deyiblər. Agah olun ki, kral geri döndü" yazaraq idman zalından videosunu paylaşıb.
Xatırladaq ki, "Arka sokaklar" Türkiyənin 10 ildən artıq davam edən ən baxımlı seriallarından biridir. Serialın Azərbaycanda da izləyicilərinin sayı kifayət qədərdir.
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...