Aqşin Fateh: "Röya Ayxan mənimlə duet oxusa, sənət rəqabəti çox güclü gedər" - VİDEO

Müğənni Aqşin Fateh canlı efirdə Xalq artisti Röya Ayxana duet oxumağı təklif edib.
BAKU.WS xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan ifaçı yeni layihə hazırladığını və bunu Röya Ayxana təklif etdiyini deyib.
Sənətçi Xalq artistləri Aygün Kazımova ilə Röya Ayxan arasında sənət rəqabəti olduğunu vurğulayıb.
Fateh "Röya Ayxan mənimlə duet oxusa, sənət rəqabəti çox güclü gedər" deyə qeyd edib:
"Aygün Namiq dueti rəqabətsiz bir duetdir. Bu neçə illərdir də belədir. Mən də bilirəm ki, Röya xanımla Aygün xanım arasında sənət baxımdan bir rəqabət var. O qarşıdurmanı fikirləşin: Aygün Röya, Fateh Namiq... Röya Ayxan mənimlə duet oxusa, sənət rəqabəti çox güclü gedər".
Ətraflı videoda:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
