Apteklərdə fırıldaq: 20 qəpiklik dərman 5,10 qəpiyə satılır - VİDEO

Apteklərdə fırıldaq: 20 qəpiklik dərman 5,10 qəpiyə satılır - VİDEO
Video
Şou-biznes 8891

 

Artıq 1 ilə yaxındır ki, apteklərdə yaraları yumaq üçün istifadə edilən "Rivanol" tozu satılmır. Onun əvəzinə isə ya başqa preparat təklif olunur, ya da hazır "Rivanol" məhlulu satılır.

Xezerxeber.az məlumat verir ki, hazırda satılan hazır məhlul 100 qramlıq qablardadır, qiyməti isə 5 manat 10 qəpikdir. Halbuki, toz halında olan "Rivanol”u 1 litr suya qatmaq mümkün idi. Qiyməti də indikindən dəfələrlə ucuz idi.

Apteklərdən bildirildi ki, toz halındakı "Rivanol” dərmanı tədarükçüsü olan firma tərəfindən ölkəyə gətirilmir. Ona görə də apteklərdən tapmaq mümkün deyil.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, dərman satışı ilə məşğul olan firmalar fərdi sahibkarlara məxsusdur. Bu səbəbdən hansı dərmanı gətirib-gətirməyəcəyinə də onlar özləri qərar verirlər. Yəni nazirlik bu işə qarışmır. Səhiyyə Nazirliyi yalnız dərmanların keyfiyyətini yoxlayır. Ölkəyə toz halında olan "Rivanol"un gətirilməməsinin səbəblərini öyrənmək üçün dərman firmanları ilə də əlaqə saxladıq. Lakin hər biri mövqe öyrənmək üçün başqa bir firma ilə əlaqə saxlamalı olduğumuzu deyərək cavab vernəkdən yayındılar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DİQQƏT! Apteklərdə qeydiyyatdan keçməyən dərmanlar satılır - VİDEO

DİQQƏT! Apteklərdə qeydiyyatdan keçməyən dərmanlar satılır - VİDEO

Səhiyyə Nazirliyi tərəfindən apteklərə və əczaçılıq müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edib. Nazirliyin yaydığı məlumata əsasən müvafiq keyfiyyət se...

1175 Sosial 23:16 05 aprel 2017

Son xəbərlər