“Apple” teleqramı bloklamağa başlayıb
12
apr
2024
16:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Apple” bütün cihazlarda Safari brauzerində teleqram domenini (t.me) bloklamağa başlayıb.
Bu barədə “Report” “iPhones.ru” resursuna istinadən xəbər verir.
Safari brauzerinin mobil versiyası teleqrama aparan keçidi izləməyə çalışarkən təhlükəli resurs barədə xəbərdarlıq edən qırmızı banner yükləyir. Bu xəbərdarlığı da ötürmək mümkün deyil.
Safarinin macOS versiyasında teleqrama keçidlər sadəcə yüklənmir. Bu problemin nədən qaynaqlandığı barədə məlumat verilmir.
Oxşar xəbərlər
"Apple" iOS 17-ni təqdim edib
"Apple" şirkəti WWDC 2023 sərgisində öz cihazları üçün əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edib. BAKU.WS “report”a istinadən xəbər verir ki, onlay...