Ani Lorak: "Qohumlarım Ukraynada atəş altındadır" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın xalq artisti Ani Lorak ölkəsində baş verən dəhşətli müharibədən yazıb.
BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında Ukraynada zirzəmidə mühafizə olunan uşaqların görüntüsünü paylaşıb.
Lorak həmin fotoya bu sözləri də yazıb:
"Ukraynada müharibə davam edir. Bu dağıdıcı və amansız müharibədə insanlar, ən dəhşətlisi isə uşaqlar ölür. Mən ukraynalıyam, anayam...
Hazırda qohumlarım, o cümlədən milyonlarla ukraynalı atəş altındadır. Ürəyim onlarladır. Kimsənin istəmədiyi bu mənasız müharibəni dayandırmağınız üçün sizə yalvarıram".
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...