“Anar çıxıb deməliydi ki, artıq porno sahəsinə keçmişəm”
05
noy
2018
17:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Popumuz var” verilişinin qonağı reper Promete olub. BAKU.WS xəbər verir ki, aparıcılığını Murad Arifin etdiyi verilişdə Promete reper Anar Nağılbazın ölümündə cəmiyyəti günahlandırdı:“Anar Nağılbaz öldükdən sonra bizim cəmiyyətdən əlimi üzdüm. Nağılbazın o videoda nə edib etmədiyi önəmli deyil. Bunun heç kəsə aidiyyatı yoxdur. Bunu siz etmirdiniz. Nağılbaz çıxıb deməliydi ki “Əcəb eləmişəm. Bu mənim öz işimdir”. Hətta bu videoları davam da edə bilərdi. Artıq porno sahəsinə keçmişəm” deyə bilərdi. Ancaq demədi. Səhvi də bu oldu. O insanı camaat öldürdü. O imkan verməməliydi ki, insanlar onjn şəxsi həyatına burun soxsun. Gərək özünə bəraət qazanmağa çalışmazdı, etiraf edərdi və mühakkmə edənləri də sərt sözlə susdurardı... Nəticədə Nağılbaz kimi beyini itirdik”.BAKU.WS
Oxşar xəbərlər
“İçdən çürüyən cəmiyyət indi ona rəhmət diləyir” – Nadir Nəğd Pul Anar Nağılbazla görüşə bilmədi...
Xəbər verdiyimiz kimi, qəfil dünyasını dəyişən tanınmış reper Anar Nağılbaz son mənzilə yola salınıb. BAKU.WS-in məlumatına görə, dəfndə reper Nadir Nəğd Pul da...