Xəstəxanaya düşən Anar Nağılbazın içkili halda görüntüsü yayıldı (VİDEO)

Xəstəxanaya düşən Anar Nağılbazın içkili halda görüntüsü yayıldı (VİDEO)
Video
Şou-biznes 8368
Space TV-də yayımlanan "Qarşı-qarşıya" verilişinin qonağı reper Anar Nağılbaz olub.BAKU.WS-in məlumatına görə, veriliş zamanı qalmaqallı açıqlamalar səslənib. Verlişin eksperti Anar Nağılbaza sərt sözlər ünvanlayıb və efirə içkili halda gəlməsini tamaşaçılara hörmətsizlik kimi qiymətləndirib. Anar Nağılbaz isə ittihamlara belə cavab verib: "Məndə ürək təzyiqi var və qan azlığı var. Buna görə də həkim mənə məsləhət görüb ki, arada az içmək lazımdır. Konyak qanı artırır". Tərəflər arasında qarşıdurmanın qızışdığını görən aparıcı reklam fasiləsinə ayrılıb.

Qeyd edək ki, Reper Anar Nağılbaz xəstəxanaya yerləşdirilib. Qardaşı Yenicag.az-a açıqlamasında Anarın halının qəfilətən pisləşdiyini bildirib:Qardaşımın halı qəfildən pisləşdi, maşınımla onu xəstəxanaya güclə çatdırdım. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. Hazırda sistem altındadır, ürəyində ciddi problemlər var”.Qeyd edək ki, son vaxtlar Anar Nağılbaz keçmiş həyat yoldaşı ilə problemlər yaşayır.

AbbasBAKU.WS

Son xəbərlər