Aktrisanın aeroportda halı pisləşdi, xəstəxanaya aparıldı - FOTO
13
yan
2023
09:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli məşhur aktrisa Cansu Derenin təyyarədə halı pisləşib.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə aktrisanın həmkarı Melis Sezenlə mükafat almaq üçün İspaniyaya səfəri zamanı baş verib.
Məlumata görə, halı pisləşən Dere təyyarəyə minə bilməyib.
O dərhal xəstəxanaya aparılıb və aktrisaya qida zəhərlənməsi diaqnozu qoyulub. Onun səfəri ləğv edilib.
Həmkarı Melis Sezen isə sabahkı mərasim üçün İspaniyaya yollanıb.
Qeyd edək ki, Dere və Sezen "Sadakatsiz" serialında baş rolda çəkiliblər.
Qalereya
Oxşar xəbərlər
Bu il evlənən türkiyəli məşhur simalar – FOTO
Türkiyənin bir-birindən məşhur simaları bu il subaylığın daşını ataraq ailə həyatı qurublar. BAKU.WS evlənən türkiyəli məşhurları təqdim edir: Türkiyənin məşhur...