Aktrisa Xocalı yürüşündəki selfisindən DANIŞDI: "27 ildir ağlayırıq, nə dəyişib ki?"
26
fev
2019
20:32
Tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova Xocalı yürüşündən gülümsəyərək çəkdirdiyi selfini tənqid edənlərə cavab verib.BAKU.WS-in məlumatına görə, aktrisa "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində bildirib ki, hər il Xocalı yürüşündə iştirak edir:"Mən hər il o yürüşdə iştirak edirəm. Evdə oturub məni tənqid edənlər də gəlib iştirak edəydilər. İyirmi yeddi ildir ağlayırıq, nə dəyişib ki?"Qeyd edək ki, aktrisanın bu gün Xocalı yürüşündən paylaşdığı foto tənqidlərə səbəb olub.BAKU.WS
Oxşar xəbərlər
Türkiyəli məşhurlar da Xocalı faciəsinə biganə qalmadı - FOTOLAR
Türkiyənin məşhur sənətçiləri də Xocalı faciəsini yad ediblər.BAKU.WS-in məlumatına görə, müğənnilər Sibel Can, Hadisə və Mahsun Kırmızıgül soyqırımla bağlı pay...