Əməkdar artistdən Xocalı qurbanlarının ruhuna HÖRMƏTSİZLİK - FOTO

Əməkdar artistdən Xocalı qurbanlarının ruhuna HÖRMƏTSİZLİK - FOTO
Şou-biznes 8311
Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.BAKU.WS xəbər verir ki, əməkdar artist Nahidə Orucova Xocalı soyqırım abidəsini ziyarət edərkən çəkdirdiyi fotolarla izləyiciləri hiddətləndirib.Aktrisa tədbirdə gülərək, düşlərini ağardaraq selfi çəkib.Bu görüntülərə görə izləyicilər onu tənqid atəşinə tutublar. Tənqid və qınaqlardan nəticə çıxaran aktrisa növbəti də ciddi və qəmgin görünüş alaraq çəkdiyi fotonu paylaşıb.
Əməkdar artistdən Xocalı qurbanlarının ruhuna HÖRMƏTSİZLİK - FOTO
N.Orucova tənqidlərə belə cavab verib: "Bu soyugda siz də olsaydınız, görək necə şəkil çəkdirərdiniz? Biz hər il bu yürüşdə iştirak edirik. 27 ildır ağlayırıq. Onsuz da bu bizim dərdimizdir. Yazmağa gəlincə, mütləq pis şey yazmalısınız. Yaxşıya əliniz gəlmir. Heç olmasa, bir az dirilərə sevginiz olsun".
Əməkdar artistdən Xocalı qurbanlarının ruhuna HÖRMƏTSİZLİK - FOTO
Onunla birlikdə fotolarda bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcovu, rejissor Hafiz Quliyevi, xalq artistləri Sabir Məmmədovla Namiq Kamalı görürük. Yaxşı, deyək ki, Nahidə xanım poz verərkən bəşəriyyətin ən dəhşətli faciəsinin 27-ci ildönümününə həsr edilmiş yürüşdə iştirak etdiyini unudub. Bəs bu fotoları "İnstagram" səhifəsində paylaşarkən də xatırlamadımı?AyselBAKU.WS
Əməkdar artistdən Xocalı qurbanlarının ruhuna HÖRMƏTSİZLİK - FOTO
Əməkdar artistdən Xocalı qurbanlarının ruhuna HÖRMƏTSİZLİK - FOTO
Əməkdar artistdən Xocalı qurbanlarının ruhuna HÖRMƏTSİZLİK - FOTO
Əməkdar artistdən Xocalı qurbanlarının ruhuna HÖRMƏTSİZLİK - FOTO
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər