Aktrisa “Vicdan haqqı”na görə təhsilini davam etdirmədiyini AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Ülviyyə Xəlilbəyli illər sonra “Vicdan haqqı” serialı ilə bağlı etiraf edib.
BAKU.WS olay.az-a istinadən xəbər verir ki, Ülviyyə həmin ekran işinə çəkildiyi illərdə təhsilini Türkiyədə davam etdirmək istədiyini bildirib:
“Vicdan haqqı” serialının “partlatdığı” 2016-cı il idi. Akdeniz Universitetinin “Güzel sanatlar” fakültəsinə hazırlaşırdım. Təhsil almağı çox istəyirdim, amma serialı qoyub getmək də istəmirdim. Müsahibədə mənim istəksizliyimi hiss etdilər. Soruşdular ki, çəkildiyin serialı qoyub gələrsən? Çünki başqa uşaqlara haqsızlıq etmək istəmirik. Demişdim ki, yox, gələcəyəm. Amma gözlərimdən hiss etmişdilər. Çünki gözlərim həmişə məni ələ verib. Bilmirəm ki, düz etdim, ya yox. Heç bir fikrim yoxdur. Yəqin ki, qismət belə imiş”.
Qeyd edək ki, Ülviyyə həyat yoldaşı Murad İsmayılla sözügedən serialda çəkilərkən tanış olub.
Oxşar xəbərlər
Van Dammın oğlu: “Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - FOTO
Məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Damm və onun azərbaycanlı xanımı Suada Hacızadə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya...