Şahdağda istirahətin QİYMƏTLƏRİ - VİDEO
18
dek
2017
16:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən günlərdə Şahdağ istirahət kompleksi mövsüm açılışını etdi. Açılış günündə adıçəkilən məkana səyahət etmək və təəssüratlarımı oxucularla bölüşmək qərarına gəldim. Əvvəlcə onu deyim ki, Şahdağa səyahət turları elan edən onlarla turizm şirkəti var. Bunların arasından ən yaxşısını seçmək olduqca çətindir.Çoxlarında olduğu kimi, mənim də müraciət etdiyim tur təklif etdiyi şərtlərə uyğun gəlmədi. Deyilən bir nəfər üçün 14 manata başa gələn tur, müraciət edənlərə əyləncəli oyunlar, diskoteka, tur boyu nəzarət kimi üstünlüklər təklif etsə də, bunların heç birini görmədim. Ünvana çatan kimi tur rəhbəri hər kəsə xoş istirahətlər arzulayıb, bir də saat 17:00-da avtobusun yanında görüşəcəyini dedi. İndi isə keçək Şahdağda gördüklərimizə. 
Şahdağ deyiləndə bundan sonra yadıma düşəcək ilk şey heç də qar, dağlar deyil, fantastik qiymətlər olacaq. İstirahət kompleksinin özünün təklif etdiyi xidmətlər olduqca yüksək qiymətədir. Məsələn, xizəkdə sürüşmək bir adama 53 manata başa gəlir. Kanata minmək isə 8 manatdır. Yeri gəlmişkən, kanata minməyin başqa mənfi tərəfləri də var. Bir saatdan artıq növbədə dayanmaq bütün istirahət hissini öldürür. Fikrindən daşınıb, bileti geri qaytarmaq istəsən belə, yeni bir çətinliklə rastlaşırsann. Uzun-uzadı mübahisə daha bir saatını əlindən alır. Amma əgər səbr edib kanata minirsizsə, qarşınızda çox gözəl mənzərə açılacaq. Buna görə səbr etmək və 8 manatından keçmək olar. Adi səyahətçinin orta əmək haqqısının yarısına başa gələn bir günlük səyahətdə yeganə xoş olan isə əlbəttə ki, əsrarəngiz Azərbaycan təbiətidir. Bu təbiətdən zövq almaq üçün bəlkə də pulunuzdan keçməyə dəyər.Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языкеTuncayBAKU.WS






















Oxşar xəbərlər
Azərbaycanda qeyri-adi TOY – Şahdağda şənlik – VİDEO/FOTO
Azərbaycanda qeyri-adi toy mərasimi keçirilib.BAKU.WS xəbər verir ki, bu toy mərasimi adi-toylardan fərqli olaraq Şahdağda qarlı havada baş tutub. Bu qeyri-adi...