Afət Fərmanqızından qəribə BƏYANAT: "Kim mənə sübut etsə ki, Nəsimi ..." - VİDEO
06
fev
2019
13:43
"Nəsimi dərisi soyulanda qəzəl deyibsə, mənim ölümə-dirimə lənət".Bu sözlər dahi İmaməddin Nəsiminin (1369-1417) "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" qəzəlini hind ritmləri üzərində oxuyan Afət Fərmanqızına məxsusdur.BAKU.WS xəbər verir ki, "Pəncü-şeş" mahnısına görə tənqidlərə məruz qalan ifaçı Nəsiminin dərisi soyularkən qəzəl demədiyini və bunun əksini sübut edənə hədiyyə verəcəyini deyib:"Kinoda deyə bilər, o da rejissorun uydurmasıdır. Uydurma bir şeydən ötrü məni qınayanlar, kitab oxuyun. Kim mənə sübut etsə ki, Nəsimi dərisi soyulanda və ya ölüm zamanı qəzəl deyib, o adama nə desə hədiyyə alacam. Filmdə kadrları görüb, həqiqət kimi qəbul ediblər".Fərmanqızı qəzəli ritmik ladlar üzərində oxumasında da bir qəbahət olmadığıını bildirib: "O ki qaldı qəzəli ritmlə oxumağıma, "Nəsimi" filmində də qəzəl ritmlə oxunur. Bəs onu niyə qınayan yoxdur"?Nəsiminin dərisi həqiqətən də soyulubmu?İndiyə qədər Nəsiminin ölümü haqqında xəbər bizə yalnız türk alimi Əbdülbaqi Gölpınarlının "İslam Ensiklopedisi"ndə dərc olunmuş "Nəsimi" adlı məqaləsindən bəllidir. Nəsiminin məhkəməsi və qətli məmlük sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti (1412-1421) və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə (1414-1424) olub.Məqalədə Nəsiminin qətli belə təsvir edilir: "820-ci (1417-ci) ildə Hələbdə yaşayan Şeyx Nəsiməddin Təbrizi öldürülmüşdür. O, Hələbdə hürufiyyə məzhəbinin şeyxi idi. Orada onun məsləkdaşlarının sayı artır, küfrü intişar edir və şöhrət qazanır. Onun sərəncamları sultan əl-Müəyyəd Şeyxin onu öldürmək haqqında əmrinə qədər yerinə yetirilirdi. Onun başını kəsib, dərisini soydular və cəsədini çarmıxa çəkdilər".Bu məlumat alimlərimiz tərəfindən sözsüz qəbul olunur və eynilə bütün tədqiqatlara köçürülür.Onu da qeyd edək ki, Azərbaycanın tarixçi və şərqşünas alimlərindən olan akademik Ziya Bünyadov öz məqaləsində Nəsiminin diri-diri dərisinin soyulmasını sonralar xalq tərəfindən yaranmış bir əfsanə olduğunu və Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi qəbul etməyin yanlış olduğunu yazıb.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Nəsiminin qəzəlinə mahnı oxuyan müğənniyə "Gelandewagen" hədiyyə olundu (VİDEO)
Müğənni Afət Fərmanqızına canlı yaymda bahalı maşın hədiyyə olunub. BAKU.WS-in məlumatına görə, "Hər şey daxil" verilişində qonaq olan müğənninin gözünü bağlayı...