Afət Fərmanqızı işdən qovulan tibb bacılarından danışdı - VİDEO
15
mar
2019
12:00
Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızının Nəsiminin şeirinə oxuduğu mahnısına "klip" çəkən Şəki Mərkəzi Xəstəxanasının tibb bacıları işdən çıxarılıb. BAKU.WSxəbər verir ki, kulis.az Afət Fərmanqızının məsələyə münasibətini öyrənib. Müğənni açıqlamasında bunları deyib: “Bu videonu mən paylaşmışdım. Mediadan da dəstək istəmişdim. Biz hüquqşünaslarla da danışdıq. Məhkəməyə verəcəyik baş həkimi. Deməli, bu baş həkim qızların beşinə də ərizə yazdırıb, deyib, yazın ki, biz özümüz çıxırıq. Belə şey dünyada yoxdur. Qızlarla özüm danışmışam. Onlar deyir ki, stress atmaq üçün fasilədə sizin mahnını oxuduq. Bu mahnını da sevdikləri üçün ifa ediblər. Mənə olan sevgilərini bildirmək üçün. 10 gündür işdən çıxıblar. Özlərini öldürmə həddinə çatıblar. Biri deyir ki, özümü öldürmək istəyirəm, amma anam necə qalar mənsiz. Ağlayırlar hər gün. İndi məsələ sosialaşdı. Tolik də efirdə deyəcək. Bir çox mediadan kömək gəldi. Yəqin ki, həll olunacaq. Açığı, mən bu məsələdə özümü günakhar hiss edirəm. Onlar mənim mahnımı ifa edib işdən qovulublar.” BAKU.WS
Oxşar xəbərlər
Afətin mahnısını oxuyub bir-birinə sillə vuran tibb işçiləri ilə bağlı - AÇIQLAMA
Səhiyyə Nazirliyi Şəki Mərkəzi Rayon Xəstəxanasının beş əməkdaşının işdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib. BAKU.WS oxu.az-a istinadla xəbər veri...