Afət Fərmanqızı göz yaşı tökdü: "Hər şeyimizi satıb aradan çıxdı" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Afət Fərmanqızı anasının ölümünə səbəb olan qardaşının eks qayınanasının cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.
BAKU.WS xəbər verir ki, ifaçə lent.az-ın canlı yayımında bu barədə göz yaşları ilə danışıb:
"20 il əvvəl qardaşımı evləndirəndə kənddə atamın maşınını, torpaqlarımızı, anamın qızıl-brilyantlarını satıb Bakıdan ev aldıq. O vaxt hər kəs Bakıdan ev ala bilməzdi, 5 il qeydiyyatın olmalıydı. Qardaşımın qayınanasının adına aldıq. O da günlərin bir günü evi başqasına satdı və biz küçədə qaldıq. Biz evi onun qızının adına almasına razılıq vermişdik, öz adına yox. Bizi aldatdı. Sonra öyrəndik ki, çox adama qarşı, hətta öz bacanağına qarşı da belə edib. Qrup şəklində dələduzluqla məşğul olublar və ölkədən qaçıblar.
Çox bahalı bir ev idi, əlimizdən çıxdı. Çox pis günlər yaşadıq. Anam özünü bağışlaya bilmirdi. Anam intihar da edə bilərdi, amma etmədi. Fikirdən xəstələndi, sağalmadı. 55 yaşında dünyadan köçdü. O insan mənim anamın ölümünə səbəb oldu. Mən o qadının cəzalanmasını istəyirəm, bəlkə, rahat olaram. Hazırda sənədləri hazırlayıram, belnəlxalq axtarışa verilməsini istəyirəm".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...