Afaq Gəncəli: "20 il əvvəl yola çıxdım"
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Afaq Gəncəli sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o instaqram hesabında görüntülər yayımlayaraq "Onlar" verilişinin 20 yaşı tamam olduğunu qeyd edib.
"20 yaşın mübarək, "Onlar". Bu, sadəcə bir veriliş deyil, ulduzların doğulduğu səhnə, xəyalların işıqlandığı ekran, zamanın yaddaşına yazılan əfsanəvi yolun adıdır! 20 il əvvəl yola çıxdım… O gündən bu günə kimlər gəldi, kimlər keçdi, kimisi ilk dəfə burada parladı, kimisi buradan zirvəyə qalxdı, amma hamısının yolu bir nöqtədən keçdi - "Onlar"dan. Estrada ulduzları, səhnənin kraliça və kralları, ilk addımını atan gənclər, əfsanəyə çevrilən adlar… Hamısının ünvanı bir idi. Bura ulduzların məkanı, şou-biznesin ürəyi, parıltının, emosiyanın, səs-küyün və həqiqətin bir araya gəldiyi əfsanəvi platformadır. Bu gün 20 illik tarix, 20 illik xatirə, 20 illik səhnə alqışı var" -deyə Afaq Gəncəli bildirib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...