Afaq Aslan sevgilisi haqda: “3 ay onun üçün dayanmadan ağlamışam...” (VİDEO)
14
noy
2017
15:15
“Mənim seçimimə qalsa, mən daha açıq-saçıq və fərqli iş təqdim edərdim. Bizdə açıq-saçıqlıq elə də qəbul olunmadığına görə daxilimdə olan və arzuladığım Afaqın bir hissəsini tamaşaçılara təqdim elədim”.BAKU.WS-in məlumatına görə, bu sözləri “ARB Ulduz”un “Şou məkan” verilişinə açıqlaması zamanı müğənni Afaq Aslan deyib. Yeni klipindən ağız dolusu danışan sənətçi, insanların onun geyiminə daha çox fikir verdiklərini bildirib: “Klipin estetik görünüşü daha açıq-saçıq ola bilərdi. Ancaq bu tip kliplər, kadrlar bizim insanlarda qıcıq yaradır. Deyirlər ki, niyə soyundu, yenə açıq-saçıq geyindi. Mahnı qalır bir kənarda, insanların fikri klipə yönəlir, yenə də mənim geyimlərimi müzakirə etməyə başlayırlar, mahnıdan danışan olmur”. Belə məlum olur ki, Afaq Aslan sevgilisinin təsiri altında açıq-saçıq səhnə və geyimlərdən imtina edərək, sərhədləri aşmaq istəməyib: “Əslində sevgilim çox qısqancdır. Mənim kimi qızı qısqanmamaq olar? Klipin çəkilişləri vaxtı hər 10-15 dəqiqədən bir zəng edirdi ki, hər şey yaxşıdır, nəyəsə ehtiyac var? Burdan o insana demək istəyirəm ki, mən onu çox sevirəm. Həyatımda yeganə insandır ki, mən 3 ay gecə-gündüz o insan üçün dayanmadan ağlamışam”. Müğənni ilə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz. BAKU.WS
Oxşar xəbərlər
Afaq Aslan canlı efirə açıq-saçıq geyimdə gəldi (VİDEO, FOTO)
ARB TV-nin “Günə davam” proqramının növbəti qonağı müğənni Afaq Aslan olub. BAKU.WS-in məlumatına görə, hər zaman qalmaqallı fotosessiyaları ilə gündəmə gələn m...