"Ad günümə çağırmadıqlarım məni "qara siyahı"ya atıb" - Əməkdar artist
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Gülbahar Şükürlü bir neçə gün əvvəl şəhər restoranlarının birində ad gününü qeyd edib.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, özəl gününə 50 nəfər qonaq dəvət edən qarmon ifaçısı çağırmadıqlarının ondan incidiyini bildirib. Bu barədə sənətçi "Elgizlə izlə" verilişində danışıb:
"Çağırmadığım üçün nə qədər adam məni instaqramda, votsapda "qara siyahı"ya atıb. Nə bilim, utandım. "Qara siyahı"ya atanlara təşəkkür edirəm. Sağ olsunlar, iştirak etmək istəyiblər. 50 nəfər dəvət etmişdim. İstəyirdim hamını görüm, hər kəslə ünsiyyət qura bilim".
Qeyd edək ki, Gülbahar Şükürlünün ad günü martın 20-də olsa da, 10 gün sonra qeyd etmişdi.
Oxşar xəbərlər
Məşhur müğənni Gülbahar Şükürlünün qızıl qolbağını oğurladı: “Çantasında gördüm” - VİDEO
ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı Əməkdar artist Gülbahar Şükürlü olub. BAKU.WS xəbər verir ki, qarmon ifaçısı, məşhur xanım müğənninin onu...