ABŞ-da yaşayan azərbaycanlı: “Hər zaman Qarabağ həqiqətlərini çatdırmağa çalışmışam”
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-da yaşayan azərbaycanlı olaraq, Qarabağ haqqında həqiqətləri amerikalılara çatdırmağı, universitetdə əldə etdiyim bilikləri Vətənim naminə istifadə etməyi özümə borc bilmişəm”.
BAKU.WS xəbər verir ki, bunu “report”a Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V qurultayının iştirakçısı, ABŞ-da yaşayan azərbaycanlı Yasmin Vahirova bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsi zamanı ABŞ-da yaşayan azərbaycanlılar həqiqəti çatdırmaq üçün əllərindən gələni edib, o cümlədən Xocalı faciəsi haqqında tədbirlər təşkil ediblər.
“Ölkəmizin tarixi haqqında məlumat verirdik. İcma üzvlərimizdən biri Xocalı faciəsini yaşamış şəxsdir. Bu tədbirdə toplaşmış 1000 nəfərin Xocalı haqqında həqiqətləri eşitməsi mənim üçün böyük şərəf oldu. Dayanmaq olmaz. Bu şəkildə də davam etmək və xalqımızın yaşadıqları barədə məlumat vermək lazımdır”, - o deyib.
Oxşar xəbərlər
“Boğazı qopub, üstümə düşmüşdü...” – Qadın zabitin DƏHŞƏT DOLU MÜHARİBƏ XATİRƏLƏRİ
I Qarabağ müharibəsi veteranı, Dövlət Sərhəd Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Aliyə Piriyeva müharibənin dəhşətli anlarından danışıb.BAKU.WS xəbər ver...