SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Emin Ağalarov yenidən evlənmək istəyir. 

BAKU.WS xəbər verir ki, bu gün yeni - "Fatima" mahnısını təqdim edən müğənni bütün izləyicilərini maraqlandıran bir neçə suala cavab verib. O, "TikTok" üçün çəkdiyi video görüntüsünü "İnstagram" səhifəsində də paylaşıb. "Budur... Yenə məni vadar etdilər. Suallar, 2-ci hissə - ənənəvi olan mənim TikTok-um üçün".

İfaçı ona ünvanlanan suallara başı ilə qısaca "hə" və ya "yox" cavabları verib. Ən çox maraq doğuran isə "Yenidən evlənmək istəyirsən?" və "Fatimə, həqiqətən, mövcuddur?" sualları olub. O, başı ilə hər iki suala "hə" işarəsi verib.

Xatırladaq ki, "Fatimə"nin kimə həsr edildiyini soruşan izləyicilərinə Emin "Bu, şərti, Yaxın Şərqə məxsus addır və Eminə ilham verən ürəyindəki yeni şahzadənin sirli saxlanması üçün bir vasitədir" deyə cavab vermişdi. 

Xalq artisti iki dəfə ailə qurub. İlk dəfə o, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə nikah masasına əyləşib. Bu evlilikdən onun əkiz oğlanları var. İkinci dəfə isə model Alyona Qavrilova ilə ailə qurub. Onların bu evlilikdən bir qızları var.  

BAKU.WS
VİDEO