Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva həyat yoldaşı Kənan Əliyevi "Instagram"da izləmədən çıxarması məsələsinə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, Aynişan bu addımı “qara piar” adlandıranları qınayıb və özünün reklama ehtiyacı olmadığını qeyd edib.

O həmçinin qeyd edib ki, səhifəsi Azərbaycanın ən güclü səhifələrindən biridir:

"Nə heç bir qalmaqala qarışmamışam bu günə kimi, nə də heç bir məşhurla sırf reklam olunum deyə, dostluq etməmişəm. Yeni layihəm olan mağazamın tanıtımı üçün isə nə heç kimin reklamına, nə də özümü bu qədər ucuz reklam etməyə ehtiyac duymuram.

Dəqiq bilmək istəyirsinizsə, elə o paylaşan səhifələr mənim hesabıma özünə reytinq toplamağa çalışır. Bu günə kimi nə mən, nə də həyat yoldaşım heç bir açıqlama verməmişik. Çünki hər bir açıqlama yeni bir mövzudur. “Instagram” və “Facebook” hesabımdan başqa heç bir hesabım yoxdur.

O ki qaldı kim kimi “unfollow” etdi, kim kimin şəklini sildi, məncə, bu, dünyada baş verən qlobal bir problem deyil. Hər ikimiz ailə tərbiyəsi görmüş, mədəni və sivil insanlarıq.

Mənə görə narahat olan, yazıb mənə dəstək olan insanlar, siz çox yaxşı insanlarsınız. Sizin dəstəyinizin əvəzi yoxdur. Öpürəm o gözəl qəlbinizdən”.

BAKU.WS