93 yaşlı media imperatoru 5-ci dəfə evləndi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Milyarder, media maqnatı Rubert Merdok beşinci dəfə evlənib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, o, molekulyar bioloq olan 67 yaşlı Yelena Jukova ilə evlənib.
Cütlük Kaliforniyada ailə qurub.
Qeyd edək ki, Yelena rusiyalı milyarder Roman Abramoviçin keçmiş qayınanasıdır.
Murdok və Jukova media maqnatının keçmiş həyat yoldaşı Vendi Denqin ev sahibliyi etdiyi ailə iclasında tanış olublar.
Rupert və Denq 14 il evli qaldıqdan sonra 2013-cü ildə ayrılmaq qərarına gəliblər.
Xatırladaq ki, Rupert Merdok dünyanın ən böyük media maqnatlarından biridir. O, dünya üzrə yüzlərlə media orqanının daxil olduğu "News Corp" holdinqinin sahibidir. Xüsusilə, Merdokun şirkəti "The Wall Street " və "New York Post", Britaniyanın "The Sun" və "The Times", "Sky News Australia"və "Fox News" telekanallarının sahibidir.
İş adamı 1931-ci il martın 11-də anadan olub və ilk dəfə 1956-cı ildə evlənib. Ümumilikdə onun dörd arvadı olub, sonuncu arvadı 66 yaşlı keçmiş top-model Cerri Holl 2022-ci ilin iyununda iş adamı ilə boşanıb.
Qalereya
Oxşar xəbərlər
Bu il evlənən türkiyəli məşhur simalar – FOTO
Türkiyənin bir-birindən məşhur simaları bu il subaylığın daşını ataraq ailə həyatı qurublar. BAKU.WS evlənən türkiyəli məşhurları təqdim edir: Türkiyənin məşhur...