VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər TV-nin "5-də 5" proqramının növbəti buraxılışı əfsanəvi kamança ifaçısı, Xalq artisti Habil Əliyevə həsr edilib.

BAKU.WS xəbər verir ki, verilişin gedişatında aparıcı Zaur Kamal mərhum sənətkarın oğlu Rəvan Əliyevlə telefon bağlantısı yaradıb.

Aparıcının "Habil Əliyev necə bir ata idi" sualı Rəvan bəyin xoşuna gəlməyib və o, aparıcıya öz iradını bildirib:

"Bu sual mənim üçün şablon sualdır. Bu sualı çox eşitmişəm. Birinci bundan başlayaq ki, kim atasına pis deyər? Mənim atam çox gözəl insan və əsl ailə başçısı olub. Övladlarına düzgün təlim-tərbiyə verib".

Zaur Kamal onun bu iradını cavabsız qoymayıb:

"Rəvan bəy, bu sualı ona görə verdim ki, siz müğənniliyə başlamaq istəyəndə atanız razı deyildi və onun bu reaksiyası sizi incitmişdi. Mən evinizdə qonaq olanda Habil müəllimdən soruşmuşdum. Dedi ki, onun oxumağına mən razı deyildim, o da məndən incidi".

Rəvan bəy aparıcının söylədiklərini qəbul etməyib:

"Atamla mənim aramda olan söhbəti yalnız ikimiz bilərik. Onu kim deyir? Mən ondan inciməmişəm. Mən bu sənətə gəlməklə onu utandırmamışam. Ona görə də atamın mənim oxumağıma heç bir etirazı olmayıb". 

Rəvan Əliyev bir daha səhnəyə çıxmayacağını bildirərək aparıcının efir dəvətini rədd edib:

"Mən bu sənətlə qurtarmışam. Yaşım da o yaş deyil".

Aysel
BAKU.WS
VİDEO