"Toy olmayacaq, gedib kiminsə bağında oxuyub pul qazanacağıq" - Nadir Qafarzadə çıxış yolu tapdı

Müğənni Nadir Qafarzadə toy olmamasına sevinən sosial şəbəkə istifadəçilərinə əsəbiləşib.
BAKU.WS axsam.az-a istinadən xəbər verir ki, sənətçi "Şou ATV" proqramında məsələyə münasibət bildirib. O qeyd edib ki, toy olmasa da müğənnilər pulsuz qalmayacaqlar:
"Yazırlar ki, yaxşı oldu sizə. Bizə heç nə olmadı. Sənətçi haradan olsa qazanacaq. Toy olmayacaq, kimsə bağına çağırıb, oxutdurub pul verəcək.
Siz niyə sevinirsiniz? Toy olmayacaq, olmayacaq da. Xoruz yox idi, səhər açılmırdı? Əksinə, toy olsun ki, xalq sevinsin. Bizə toy-bayram yaraşır. Bu nə deməkdir? Bu necə bədlikdir, arzudur? Başınıza dəysin arzunuz".
Oxşar xəbərlər
Könül Yusifqızı: "Əsəbisinizsə, sekslə məşğul olun" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aktrisa, aparıcı Könül Yusifqızıdır. - Yeriniz rahatdır?- Bunu izləyənlər görsələr ki, bardaş qurmuşam, deyəcəklər: "Buna bax. Gəli...