SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 

Ötən gün "28 Mall" ticarət mərkəzində "Axırıncı Yol" filminin heyəti sevənləri ilə görüşüb.
 
BAKU.WS məlumat verir ki, görüşdə filmin rejissoru Emin Abdullayev, aktyorlar İlkin Həsəni, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, Ramil Babayev və İlkin Misgərli iştirak ediblər. Görüş zamanı aktyorlar fanatlarına imza da veriblər. 
 
BAKU.WS-ə açıqlamasında İlkin Həsəni bildirib ki, həftədə bir neçə dəfə şəhərin müxtəlif məkanlarında imza günü təşkil edəcəklər:
 
"Bu birinci imza günümüzdür, davamı gələcək. Həftə içi bir neçə dəfə paytaxtın müxtəlif əyləncə və ticarət mərkəzlərində belə imza günü keçirəcəyik".
 
Aktyor onu da bildirib ki, filmin davamını çəkməyi planlaşdırırlar:
 
"Fikrimizdə var ikinci seriyasını da çəkək. Amma bu tamamən tamaşaçılardan asılıdır. Tamaşaçılar bəyənib dəstək olacaqlarsa davamını çəkəcəyik. Belə düşünürəm ki, ikinci seriyanı reallaşdıra biləcəyik. Film təqdim olunandan ona böyük maraq var. Hətta bizə bəzi kinomərkəzlərindən bildiriblər ki, bütün zal dolub əlavə stullar qoymuşuq. Filmi ərsiyə gətirənə kimi əziyyət çəkmişdik sevinirəm ki, nəticəsini gördük".
 
BAKU.WS