SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 


Tanınmış müğənni Hadisənin modelyer bacısı Dərya Açıkgöz ilk kolleksiyasının təqdimatını keçirəcək.
  
BAKU.WS məlumat verir ki,Dərya "Mirror" adlandırdığı kolleksiyasını martın 18-də "Mercedes-Benz Fashion Week İstanbul" çərçivəsində nümayiş etdirəcək. 

Dərya bildirib ki, ona bu işdə ən çox bacıları dəstək olub:
 
"Məni bu işə ilk həvəsləndirən bacım Hülya olub. Diplomumu aldıqdan sonra İstanbula köçdüm. Məqsədim təhsilimi davam etdirmək idi, ancaq planlarım gözləmədən dəyişdi və mən karyerama başladım. İlk olaraq Hadisə ilə işlədim və bununla da moda dünyasına daxil oldum. Kosmopolitan ilə də ortaq işimiz var. Sosial şəbəkələrdən də bir çox təkliflər alıram. Əvvəlki tərzimlə indiki tərzim arasında çox fərq var. Böyüdükcə və öyrəndikcə hər kəsin tərzi dəyişir"-, deyə Dərya Açıkgöz bildirib. 
 
BAKU.WS