Brilliant Dadaşova: "Şortikimi geyindim, divanın kənarında oturmuşdum" - VİDEO

Brilliant Dadaşova: Şortikimi geyindim, divanın kənarında oturmuşdum - VİDEO
Video
Şou-biznes 596

"Şortikimi geyindim, divanın kənarında oturub qəhvə içdim. Fotosessiya deyildi, klip çəkilişi zamanı fasilə idi. Dostlarım da videoya çəkdi". Bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə birmənalı qarşılanmayan şortikli videosundan danışarkən deyib.

BAKU.WS xəbər verir ki, "Show news" verilişində yazılan tənqidlərə münasibət bildirərkən bu sözləri deyib:

"Yazırlarsa, demək, səninlə məşğuldurlar. Xoşum gəlməyənə vaxt itirmərəm. Bunlar vaxt itirib rəy yazırlarsa, deməli, onlara maraqlıyam.

Özünə əziyyət verir yazır, şər, böhtan atır, təhqir etir, demək, narahatdır. Onu bloka atmıram, qoy qalsın, narahat olsun.

Bir dəfə təhqir yazan izləyicini polisə şikayət etdim. Tapdılar, həmin uşaq bir Xalq artistinin qızının dostu çıxdı. Uşağın nənəsi zəng etdi, çox ağladı. Mənim də ürəyim dözmədi, bağışladım".

Son xəbərlər